"İnter"in direktoru Cüzeppe Marotta Milan təmsilçisinin bu qış transferlərə böyük pullar xərcləməyəcəyini açıqlayıb.

Rekord.az xəbər verir ki, "Sky Sport Italia" onun söylədiklərini belə çatdırıb:

"İnter" xərcləri və gəlirləri arasındakı balansı qorumaqda qərarlıdır. Yanvarda böyük pullar xərcləmək haqda düşünmürük. İndi bütün klublar pandemiya ilə mübarizə aparır. Gördüyünüz kimi, indi başqaları da maliyyə sabitliyini əsas hədəf sayır".