Fransanın “Olimpik” (Marsel) klubunun daha üç üzvü koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Virus aşkarlanan şəxslərin adları və vəzifələri açıqlanmayıb.

Marsel təmsilçisində bundan əvvəl Stiv Mandanda, Maksim Lopes, Valenten Ronjye, Dimitri Payet və Cordan Amavidə də virus aşkarlanmışdı.