Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub Marsel “Olimpik”indən Nemanya Radonyiçi icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi 2021/22 mövsümünün sonuna qədər “Benfika”da çıxış edəcək.

Radonyiç Serbiya milli komandasının da üzvüdür. O, 2018-ci ildən Fransa klubunda çıxış edir. Marsellilər ötən mövsüm bu futbolçunu “Herta”ya da icarəyə vermişdilər.