Fransanın "Marsel" klubu yeni baş məşqçi axtarışındadır.

Rekord.az AS nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Xorxe Sampaoliyə dəvət göndərib.

Argentinalı mütəxəssisin hazırda çalışdığı "Atletiko Mineyro" (Braziliya) klubu ilə müqaviləsi bu ilin iyul ayına qədərdir. Onun təzminat qiyməti isə 800 min dollardır ki, bu da "Marsel"ə çətinlik yarada bilər.

Tərəflər razılığa gəlsə, Sampaoli iki gün əvvəl istefaya göndərilən Andre Villaş-Boaşı əvəzləyəcək.

Qeyd edək ki, Sampaoli daha əvvəl Argentina millisi və "Sevilya"nı çalışdırıb.