"Real"ın futbolçusu Marselo İspaniyanın Ədliyyə Nazirliyi tərəfindən  2.7 min avro məbləğində cərimələnib.

Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.

O, 28 martda "İnstaqram" səhifəsində Valensiya çimərliklərindən birində istirahət etdiyi fotoşəkil yayımlayıb. Fotoşəkildə Marselo və ailəsinin tibbi maskadan istifadə etmədiyi görülür.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. Valensiyadakı çimərlik ictimai yer sayılır, belə yerlərdə maska taxmaq hər kəs üçün məcburidir.