Xəbər verdiyimiz kimi, "Masallı" PFK bu mövsümdən etibarən "Region Liqası"nda çıxış edəcək.

Rekord.az xəbər verir ki, komanda ev oyunlarını Anatoli Banişevski adına Masallı şəhər stadionunda keçirə bilər.

Bu haqda məlumatı saytımıza açıqlamasında klubun prezidenti Mirələm Həşimov verib: "Təminat məktubunda Lənkəran Olimpiya İdman Kompleksinin stadionunu vermişik. Amma Anatoli Banişevski adınastadionda da keçirə bilərik. Sadəcə, orada görülməsi vacib bəzi işlər var ki, onları həll etmək lazımdır. Stadion rəhbərliyi ilə də danışmışıq, çalışacayıq çempionatın startına kimi bu məsələləri həll edək. Hər halda, stadion məsələsinə oyuna 3-4 gün qalmış tam dəqiq aydınlıq gələcək".