AFFA-nın bayrağı altında keçirilən U-16 liqasının 2023/2024 mövsümünün püşkü atılıb.

Rekord.az xəbər verir ki, 13 komandanın iştirak etdiyi çempionatda "Masallı" Peşakar Futbol Klubu da çıxış edəcək.

Komanda ilk ev oyununu sentyabrın 3-ü saat 14:30 da Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək. Masallı təmsilçisi "Kəpəz"i qəbul edəcək.

Eyni zamanda 2023/2024 mövsümündə "Masallı" PFK 6-yaş qrupu üzrə (U-10,U-11,U-12,U-13,U-14), Cəlilabad zonası üzrə AFFA-nın keçirdiyi yarışlara da qatılacaq. U-16 liqası üzrə cənub bölgəsində təkcə Masallı PFK iştirak edəcək.

Ümumiyyətlə cənub bölgəsində U-14 liqasından yuxarı heç bir yaş qrupu ölkə çempionatında iştirak etmir.