“Viləş” mini futbol meydançasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və İdman sektorunun və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “futbol hamı üçün” devizi altında idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Uşaq-Gənclər İdman Şahmat Məktəbinin futbol bölməsi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclərin diqqətini idmana cəlb etmək, rayonda futbol idman növünün kütləviliyini artırmaq, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Tədbirdə 50 nəfər iştirak edib.