Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş stolüstü tennis idman növü üzrə məktəblilər arasında yarış keçirilib.

Rekord.az xəbər verir ki, yarışların yekun nəticələrinə əsasən fərqlənən idmançılar təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclər arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, məktəblilərin sağlam həyat tərzinə təşviqidir.