![photo](https://www.rekord.az/storage/uploads/4/tovuz1-9.jpg)
Masallıdan olan istedadlar "Turan Tovuz"un futbol akademiyasına qəbul olunacaq
- 08 İyl 2023 12:00
- 677
"Masallı" PFK-"Turan Tovuz" PFK arasında rəsmi əməkdaşlığa start verilib.
Rekord.az xəbər verir ki, "Turan Tovuz"-un cənub bölgəsi üzrə uşaq futbolunda seleksiya işləri rəsmi olaraq "Masallı"nın baş məşqçisi Bəxtiyar Mehrəliyevə həvalə olunub.
Cənub bölgəsində "Turan Tovuz" Futbol klubunun akademiyasına seçilmək istəyən futbolçular "Masallı" klubu ilə əlaqə saxlaya bilər. İstedadlı futbolçular akademiya yoxlanışa göndəriləcək.