Maşını 200 metrdən dərəyə yuvarlanan futbolçu sağ qaldı FOTOLAR
- 29 İyn 2020 19:00
- 677
Braziliyada "Kruzeyro"nun yarımmüdafiəçisi Enrike yol qəzasına düşüb.
Rekord.az xəbər verir ki, futbolçunun avtomobili 200 metrlik qayalıqdan düşüb.
Zərərçəkənin xilas edilməsi üçün dörd yanğınsöndürən maşın cəlb edilib. Qeyd edilir ki, futbolçu şok vəziyyətindədir, bu səbəbdən o, yol-nəqliyyat hadisəsinin səbəblərini izah edə bilməyib. Futbolçunun meneceri isə qeyd edib ki, Enrike sıyrıntılarla canını qurtarıb, ancaq buna baxmayaraq xəstəxanaya yerləşdirilib. Futbolçu hazırda həkim nəzarəti altındadır.