“Maşinsazi”nin kapitanı rəsmən “Neftçi”də
- 10 Yan 2020 22:20
- 1014
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, İrandan olan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahan ilə 1,5 il müddətinə müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sonuncu klubu "Maşinsazi”nin (2916-2017, 2019) kapitanı olmuş Saman, İranın "Naft Tehran” (2012-2013), "Göstəriş Fulad” (2012-2013, 2013-2016, 2017-2018), "Traktor” (2014-2016), "Persepolis” (2017) və "Paykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu İran U-23 milli komandasında (2012) heyətində 6 oyun keçirib, 1 qola imza atıb.