Hal-hazırda davam edən futbol üzrə Belarusiya çempionatı bütün dünyanın diqqətindədi.

Rekord.az xəbər verir ki, aparıcı çempionatların hamısı dayandırıldığından azarkeşlər və telekanallar nəzərlərini Belarusiyaya yönəldiblər.

Rusiyanın tanınmış idman kanalı "Matç TV” də Belarusiya çempionatın oyunlarını canlı yayınlamağa başlayıb.

Rusiyalı həmkarlarımız telekanalın yayıma görə belaruslara nə qədər pul ödədiyini öyrəniblər. "Sports.ru” saytının yazdığına görə "Matç TV” yayım haqqı kimi 210 min dollar ödəyəcək. Belarusiya çempionatı koronavirusa səbəbindən dayandırılsa və ya Avropanın aparıcı futbol çempionatları bərpa edilsə, onda bu müqaviləyə yenidən baxılacaq.