2020/2021 mövsümünə hazırlaşan "Qarabağ" və "Sabah" növbəti dəfə yoxlama oyunu keçiriblər.

Rekord.az xəbər verir ki, tərəflər bu dəfə "Azersun Arena"da üz-üzə gəlib.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin də canlı izlədiyi görüşdə Ağdam klubu qələbə qazanıb.

Oyunda hesab ilk hissədə açılıb. "Qarabağ"ın yeni transferi Uroş Matiç penaltidən vurduğu qolla komandasını önə çıxarıb. İkinci hissədə isə Mahir Emreli fərqi artırıb - 2:0. Görüş elə bu hesabla da başa çatıb.

Komandaların Qəbələdəki ilk duelində "Sabah" rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.