“Dostlarımla Bakı haqqında danışanda bu şəhərin harada olduğunu da bilmədilər. Ancaq heç kim məni Azərbaycan çempionatına getmək fikrindən daşındırmadı”.

Rekord.az xəbər verir ki, bu sözləri  “Səbail”in futbolçusu Maykl Essyen Rusiyanın “Match TV” kanalına açıqlamasında deyib.

Qanalı yarımmüdafiəçi Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.  O, ölkəmiz barədə müsbət fikirlər səsləndirib: “Qohumlarım buranı yanımda olduqları zaman çox xoşlayırlar. Bakıda ümumiyyətlə, tıxac yoxdur.

Bir neçə il İndoneziyada oynadım, orada nəqliyyatın vəziyyəti 20 qat pisdir. Azərbaycan mətbəxi çox dadlıdır, amma yüksək kalorilidir".

Qeyd edək ki, 38 yaşlı ulduz futbolçu 2019-cu ilin martından “Səbail”də çıxış edir.