PSJ-nin futbolçusu Kilian Mbappe ailəsinin kareyrasındakı rolu barədə danışıb.

Rekord.az xəbər verir ki, Mbappe bütün qərarları ailəsi ilə məsləhətləşdikdən sonra verdiyini bildirib.

O, PSJ ilə müqavilə məsələsində də bu addımı atacağını deyib:

“Ailə kimi qərarları birgə məsləhət əsasında qəbul edirik. Hesab edirəm ki, bu, çox vacib amildir. Məhz bunun sayəsində indiki məqama yüksələ bilmişəm.

Ailəmin dəstəyi olmasaydı, bunu bacarmazdım. Hərdən çətin anlar olur. Və həmin vaxt əmin olmalısan ki, səni dəstəkləyənlər var. Valideynlərim məni həmişə dəstəkləyiblər.

PSJ ilə müqavilə məsələsini də onlarla məsləhətləşdikdən sonra qəbul edəcəm. Onlar mənə həmişə doğru yol göstəriblər”.