Mbappe ən yaxşı seçildi
- 08 May 2020 15:46
- 786
PSJ-nin futbolçusu Kilian Mbappe Fransa çempionatında 2019/2020 mövsümün ən yaxşı bombardiri seçilib.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1-in saytı məlumat yayıb.
21 yaşlı hücumçu bu mövsüm 18 qol vurub. Onunla eyni sayda "Monako"nun hücumçusu Vissam Ben Yedder fərqlənib. Ancaq Yedder 3 qolu penaltidən vurduğu üçün Mbappe ən yaxşı seçilib. "Lion"un oyunçusu Mussa Dembele (16 qol) 3-cü olub.
Qeyd edək ki, Mbappeyə liqanın ən yaxşı bombardiyi seçildiyi üçün "Qızıl buts" təqdim olunacaq.