![photo](https://www.rekord.az/storage/uploads/4/mbappe-9.jpg)
"Mbappe ilə razılığa gəlməyə çalışırıq"
- 10 Apr 2021 12:20
- 580
PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubun Kilian Mbappe ilə müqaviləni uzatmaq üçün danışıqlar apardığını bildirib.
Rekord.az xəbər verir ki, argentinalı mütəxəssis gənc hücumçunu komandada uzun müddət saxlamaq istədiklərini deyib:
“Mbappe ətrafında dolaşan şayiələrə artıq öyrəşmişik. Əsas odur ki, Kilian buna fikir vermir, komandanın nailiyyətlərinə köklənir. Kilian yaşına baxmayaraq çox yetkindir. Klub və Mbappe onun uzun müddət bizimlə qalması üçün bir razılığa gəlməyə çalışır. Bunun üzərində işləyirik”.
Qeyd edək ki, 22 yaşlı fransız hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm Liqa 1-də 26 oyun keçirib, 20 qol vurub.