Mbappe koronavirus testindən keçdi
- 11 Mar 2020 12:45
- 590
PSJ-nin futbolçusu Kilian Mbappe koronavirus testindən keçib.
Rekord.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, boğaz ağrısındən əziyyət çəkən fransalı hücumçunun test nəticələri mənfi çıxıb.
Qeyd edək ki, Mbappe xəstəlik səbəbindən iki gündür Paris təmsilçisinin məşqlərinə qatılmır. Onun Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə cavab matçında oynayıb - oynamayacağı hələlik məlum deyil.