Mbappe sıraya döndü
- 16 Dek 2024 17:40
- 75
“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunun “Atalanta” ilə oyununda (3:2) aldığı zədədən sonra yenidən məşqlərə qayıdıb.
Rekord.az xəbər verir ki, fransalı forvard qarşıdakı oyunlara hazır olmaq üçün aktiv şəkildə çalışır.
26 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 21 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Real” dekabrın 18-də Dohada “Paçuka” (Meksika) ilə qitələrarası kubokun final oyununu keçirəcək.