PSJ-nin futbolçusu Kilian Mbappe Fransa Superkubokunda "Lill"lə oyunu buraxacaq.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 22 yaşlı hücumçu məşqlərə yeni başladığı üçün hələ oynamağa hazır deyil. Bu səbəbdən o, sözügedən matçın heyətinə daxil edilməyib.

Qeyd edək ki, Superkubok görüşü avqustun 1-i İsrailin Təl-Əviv şəhərində keçiriləcək