Mbappe zədəsini sağaldıb
- 30 Sen 2023 16:00
- 357
PSJ-nin hücumçusu Kilian Mbappe zədədən qayıdıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun adı Fransa Liqa 1-in 7-ci turunda keçiriləcək “Klermon”la matç üçün iştirak ərizəsinə daxil edilib.
Fransalı hücumçunun bu gün komanda ilə birgə məşq etdiyi bildirilir.
Bu gün keçiriləcək PSJ – “Klermon” matçı saat 18:00-da start götürəcək.