Kilian Mbappenin aqibətinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, O, komandasına Fransa çempionatında yeni mövsümün ilk matçında kömək edə bilməmişdi.

PSJ-nin hücumçusunun Liqa 1-in ilk turunun “Klermon”la oyununu (5:0) buraxmasına onun zədələnməsi səbəb olmuşdu. Artıq Kilianın zədəsinin dəqiq xarakteri müəyyənləşib. 23 yaşlı futbolçu ümumi qrupda məşqə başlayıb. O, ölkə çempionatının “Monpelye” ilə avqustun 13-də keçiriləcək oyununda iştirak edə biləcək.