Mbappeni 10 ilədək həbs cəzası gözləyir?
- 17 Okt 2024 15:00
- 129
“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe təcavüzdə günahkar bilinərsə, ciddi cəza ala bilər.
Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, İsveçdə sübut edilmiş zorlama təqsiri 6 ilə qədər həbslə cəzalandırılır.
Ağırlaşdırıcı hallar yaranarsa, həbs müddəti 10 ilə qədər artırıla bilər.
Mbappe dostları ilə vaxt keçirdiyi Stokholmdakı oteldə qadına təcavüz etməkdə şübhəli bilinir.
25 yaşlı forvard “Real”a yay transfer pəncərəsində PSJ-dən keçib.