Mbappenin məsələsinə Makron qarışır
- 10 Sen 2021 14:44
- 516
Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappenin Paris təmsilçisində qalmasını istəyir.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, dövlət başçısı 22 yaşlı hücumçu ilə yeni müqavilə imzalanması ilə bağlı danışıqlara qatılıb.
Makronun fransalı oyunçunu müqavilənin müddətini uzatmağa razı salmaq üçün onunla şəxsi yazışmalara başladığı vurğulanıb.
Qeyd edək ki, Mbappe daha əvvəl klubunun bir neçə təklifini rədd edib. PSJ-nin oyunçuya oktyabrda növbəti müqavilə təklif edəcəyi bildirilir.