Mbappenin PSJ-dən getmək şansı çox azdır
- 07 Apr 2020 21:00
- 715
PSJ-nin futbolçusu Kilian Mbappenin yayda klubu tərk etmək şansı çox azdır.
Rekord.az xəbər verir ki, Paris klubunun digər futbolçusu Neymarın “Barselona”ya qayıdacağı ilə bağlı xəbərlər yenidən aktuallaşıb.
Braziliyalı futbolçunun bu məsələdə israr etməsi klub rəhbərliyini onu satmağa vadar edir.
Bunu nəzərə alan rəhbərlik komandanın digər lideri Kilian Mbappeni klubda saxlamaqda israrlıdır. Fransa mətbuatının yaydığı məlumata görə, Mbappenin satılmasına klubun sahibi Tamim bin Hamad al-Tani veto qoyub.
Mbappe ilə “Real” ciddi maraqlanır. Futbolçu özü də “kral klubu”nda oynamaq istədiyini gizlətmir. O, cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 30 qol vurub.
Fransa çempionatı koronavirusa görə 28-ci turda yarımçıq dayandırılıb.