"Xudafərin" işğal altında olan Cəbrayılı təmsil edir. Özü də AFFA-nın təşkil etdiyi ölkə çempionatında oynayır.

Rekord.az xəbər verir ki "Xudafərin" U-12 komandası Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşıb.

Komandanın məşq etdiyi meydança çox bərbad vəziyyətdədir. Torpaq sahədə uşaqların paltarlarını dəyişməsi məşqdən sonra yuyunması üçün heç bir şərait yoxdur. AFFA bu uşaqlara ən azı bir meydança hədiyyə edə bilər. Elə UEFA-nın hər il uşaq futbolununun inkişafı üçün ayırdığı külli miqdarda vəsaitin cüzi bir hissəsini bura ayırmaq olar: