![photo](https://www.rekord.az/storage/uploads/5/kevin-medina-3.jpg)
Medina "Qarabağ"da qalmaq istəmir?
- 10 İyl 2023 12:00
- 652
"Qarabağ"ın müdafiəçisi Kevin Medinanın adı son günlər "Rizespor"la çəkilir.
Rekord.az xəbər verir ki, Türkiyə Super Liqasına vəsiqə qazanan Rize təmsilçisi kolumbiyalı müdafiəçini almaqda israrlıdır.
Yaxşı maliyyə qarşılığında "Qarabağ"da futbolçunu satmağın əlehinə deyil. Maraq doğuran məsələ isə futbolçunun özü ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, Medina özü də Türkiyə Super Liqasında oynamaq istəyir.