Xəbər verdiyimiz kimi, "Qarabağ"ın legioneri Kevin Medinanın karyerasını İtaliyada davam etdirə biləcəyinə dair yeni iddia yayılıb. Yerli TMW nəşrinin yaydığı xəbərə görə, 28 yaşlı müdafiəçi ilə A Seriyasında çıxış edən "Salernitana" maraqlanır.

Arxa xətti gücləndirmək istəyən klub kolumbiyalını hədəf alıb. Hətta 28 yaşlı cənubi amerikalı ilə A Seriyası klubunun nümayəndələrinin əlaqə saxladığını bildirib.

Lakin Rekord.az-a daxil olan məlumata görə, Medina mövsümün sonuna kimi Ağdam klubunda qalacaq. 

Onunla "Qarabağ" rəhbərliyi arasında söhbət də olub. Futbolçu A Seriyada oynamaq arzusunu ifadə etsə də hazırkı durumda "Qarabağ"la Konfrans Liqasında oynamaqda daha çox maraqlı olduğunu ifadə edib.