Mehdi Hüseynzadə adına stadiondan son görüntülər VİDEO
- 21 May 2020 15:00
- 1890
1966-cı il iyulun 1-də istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu bir çox beynəlxalq oyunlara şahidlik edib.
Rekord.az xəbər verir ki, ötən müddət ərzində stadionda bir sıra təmir işləri aparılsa da son illərdə arenanın istənilən səviyyəyə gətirmək mümkün olmayıb. Əsaslı təmirə ehtiyac duyan arena Prezident İlham Əliyevin 2019-cu il 21 noyabr sərəncamı ilə yenidən qurulur.
Ölkə başçısı Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin mərhələdə stadionun yenidən qurulması üçün 5 milyon manat vəsait ayırıb.
Stadionda işlər tam sürətlə davam edir. Artıq inzibati bina və tribunalarla bağlı bir çox mərhələlər geridə qalıb. Müasir tələblərə cavab verən üstüörtülü arena yüksək səviyyədə yenidən qurulur. Stadionun direktoru Nadir Quliyev deyir ki, yenidənqurma nəticəsində bir çox dəyişikliklər ediləcək: "Tutum olacaq 9500-10000 arası. Tribunaların oturacaqları hamısı xaricdən gətiriləcək. Oturacaqlar da olacaq müasir tipli”.
Nadir Quliyevin sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq tikinti işləri bir az yubanıb: "Əvvəl tikinti başlayanda deyilmişdi ilin axırına kimi. Sonra bu koronavirusla əlaqədar bir az yubanmalar oldu, işçilərin işə çıxıb-çıxmamağı. Ona görə, bir az gecikir. Ola bilər ki, gələn ilin bu vaxtları hazır olacaq”.
Əvvəldən meydanın kənarında olan qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança tikiləcək. Bununla yanaşı, ərazidə güləş və boks zalı da inşa ediləcək.