Mehdi Hüseynzadə adına stadionun tutumu nə qədər olacaq?
- 25 Noy 2019 14:00
- 1447
Məlum olduğu kimi ölkə başçısı İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün şəhər icra hakimiyyətinə 5 milyon manat vəsait ayırıb.
Rekord.az xəbər verir ki, hazırda yeni layihənin hazırlıqları üzərində iş gedir.
Əsas məsələlərdən biri də stadionun tutumu ilə bağlıdır. Əldə etdiyimiz ilkin məlumata görə, yeni layihədə minimum hazırkı tutumun saxlanılması nəzərdə tutulub. Yəni stadionun tutumu ən azı 15 min nəfər olacaq. Say daha da artıq ola bilər. Bu artıq layihə hazırlanan zaman müzakirə olunacaq məsələlər sırasındadır.