Sumqayıtdakı "Mehdi Hüseynzadə" adına stadionun sentyabr ayında açılacağı gözlənilsə də, deyəsən bu dəfə də deyilənlər reallaşmayacaq.

Rekord.az xəbər verir ki, arenada açılış üçün bəzi işlər də görülüb və demək olar ki, görülməsi vacib heç bir iş qalmayıb.

Lakin buna baxmayaraq, aldığımız son məlumata görə, açılışın bu ay da baş tutacağı inandırıcı görünmür.