"Mehdi Hüseynzadə"nin qarşısına yayımla bağlı qoyulan tələb
- 26 Dek 2023 20:31
- 730
"Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionundakı problemlərdən biri də yayımla bağlıdır.
Rekord.az xəbər verir ki, çəkiliş üçün ərazinin ayrılmaması stadiondan istifadəyə mane olan səbəblərdən biridi.
Əldə etdiyimiz məlumata görə, Premyer Liqanın yayım hüququna sahib "CBC Sport" canlı yayım üçün ən azı 15 kv m. ərazi lazımdı. Ümumilikdə klub tv-lərini, PFL-i də nəzərə alsaq, kameraların quraşdırılması, çəkiliş aparılması üçün 20 kv.m-lik sahə lazımdır. Sumqayıt stadionunda isə belə bir ərazi nəzərdə tutulmayıb. Həmin sahəni yaratmaq üçün isə mərkəzi sektorun hansısa hissəsi dağıdılmalıdır. Şəhər rəhbərliyi bunun üçün əlavə xərcə düşmək istəmir. "Sumqayıt" klubu da ona məxsus olmayan arena üçün əlavə vəsait ayırmaq niyyətində deyil. Tərəflər bu işi ortaq məxrəcə gələrək həll etməlidir ki, hazırda bu ortaq məxrəc axtarılır.