"Sumqayıt"ın bəzi futbolçuları Mehdi Şərifidən baş məşqçi Ayxan Abbasova şikayət edib.

 

"Rekord.az"-a daxil olan məlumata görə, cənubi azərbaycanlı futbolçu komanda yoldaşları ilə problem yaşayıb və yaranmış mübahisə zamanı onları təhqir edib.

 

Onlar da bununla bağlı Abbasova şikayət ediblər. Baş məşqçi isə Şərifiyə ciddi şəkildə xəbərdarlıq edib.

 

Məlumata görə, İbrahim Əliyevin komandadan göndərilməsinə əsas səbəb məşqdə məhz Şərifi ilə dalaşmasıdı.