"Sumqayıt" Futbol Klubu və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində 8-10 may tarixləri arasında Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibəti ilə turnir keçirilib.

Rekord.az xəbər verir ki, 2012-ci il təvəllüdlü futbolçular arasında keçirilən və 3 gün davam edən turnirin qalibi adına "Məhəllə uşaqları" komandası yiyələnib.

Orxan Abdullayevin yetirmələri finalda "Görədil" kollektivini 2:1 hesabı ilə məğlub edib. "Sumqayıt" Futbol Məktəbinin komandası isə 3-cü pilləni tutub. Yekunda turnirin mükafatçılarına diplom, medal, hədiyyələr, qalib komandaya isə çempionluq kuboku təqdim olunub.