“Kəpəz”in keçmiş prezidenti və baş məşqçisi Mehman Allahverdiyev AFFA-ya müraciət edıb.

Rekord.az xəbər verir ki, tanınmış mütəxəssis federasiya rəhbərliyi ilə görüşmək istədiyini bildirib.

O, futbol sahəsindən uzaqlaşdırılmasının səbəblərini müzakirə etmək və “Kəpəz”ə qayıtmaq niyyətindədir.

Vaxtilə Gəncə klubu ilə 3 dəfə ölkə çempionu olmuş Allahverdiyev 5 ildir ki, doğma sahəsindən kənarda qalıb. (sportinfo.az)