
Mehman Yunusov yenidən iş başında
- 03 İyl 2023 13:00
- 1353
Uzun müddət idi ki, “Sumqayt”ın əsas komandasının məşqçilər korpusunda yer alan Mehman Yunusov Samir Abasovun gəlişindən sonra işini itirməli olmuşdu. Belə ki, Abasov özünün tərtib etdiyi məşqçilər korpusunda Yunusova ehtiyac görməmişdi.
Rekord.az xəbər verir ki, veteran futbolçu akademiyada fəaliyyətini davam etdirsə də, bu, daha çox seleksiya xarakerli idi.
Lakin yeni mövsümdən sabiq “3 nömrə” yenidən iş başında olacaq. Belə ki, “Sumqayıt”In U-16 komandası məhz Yunusova həvalə edilib və bundan sonra komandanın baş məşqçisi o olacaq.