Məhsuldar ötürmə etdi, matçın ən yaxşısı seçildi
- 01 Dek 2019 14:30
- 880
Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krılya Sovetov”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının 25-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Azər verib. Bunun sayəsində o, Premyer Liqanın təşkilat komitəsi tərəfindən bu matçın ən yaxşısı seçilib. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” 18 turdan sonra 22 xalla 16 kollektiv arasında 6-cı sırada qərarlaşıb.