Meksikada koronavirus pandemiyasına görə dayandırılmış çempionatlarla bağlı qərar verilib.

Rekord.az xəbər verir ki, bu ölkənin yüksək liqası (MX Liqa) da daxil olmaqla, bütün çempionatlar ləğv olunub.

Bu barədə təşkilatçı qurumun rəsmi saytı məlumat yayıb. Xəbərdə 2019/20 mövsümünün nəticələrinin ləğv olunduğu, çempionun elan edilmədiyi diqqətə çatdırılıb. Sadəcə, çempionatın ilk iki pilləsində qərarlaşan “Kruz Asul” və “Leon” klublarının növbəti mövsümdə Meksikanı CONCACAF Çempionlar Liqasında təmsil edəcəyi açıqlanıb.

Qeyd edək ki, Meksikada daha öncə qarşıdakı 5 il ərzində yüksək liqanı heç bir klubun tərk etməməsinə, aşağı liqadan da elitaya heç bir komandanın çıxmamasına qərar verilmişdi.

Pandemiyaya görə dayandırılan MX Liqada bu mövsüm cəmi 10 tur geridə qalmışdı. “Kruz Asul” 10 oyuna 22, “Leon” isə 21 xal toplamışdı.