Meksika millisinin sabiq üzvü koronavirusdan öldü
- 15 İyn 2020 16:20
- 645
Meksika milli komandasının sabiq futbolçusu Aaron Padilya vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 78 yaşlı sabiq futbolçu koronavirusdan ölüb.
Meksika yığmasında 55 oyun keçirən Padilya, yığmada 8 qol vurub. Keçmiş hücumçu bu ölkənin “Pumas”, “Atlante” və “Verakrus” klubdarında da forma geyinib.