Məmmədəli Mehdiyevdən bürünc medal
- 07 Mar 2021 19:31
- 916
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (-90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin son yarış günündə bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan cüdoçusu Şermuhammed Jandreyevi məğlub edib.
Daşkənd turnirinin üçüncü günü millimizin daha 2 üzvü tatami üzərinə çıxıb. Uşangi Kokauri(+100 kq) 5-ci yeri tutub, Aslan Mirzəyev (-100 kq) isə ilk görüşdə uduzub.
Xatırladaq ki, beynəlxalq yarışın 2-ci günü Rüstəm Orucov (-73 kq) millimizə bürünc medal qazandırıb.
Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.