Polşa çempionatında 21-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda Lodz şəhərinin digər təmsilçisi "Vidzev"i qəbul edib və 0:2 hesabıyla uduzub.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

LKS 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.