Məmmədova 50 min dollarlıq turnirdə
- 08 Mar 2023 20:42
- 416
Özbəkistanın paytaxtı Daşkənd şəhərində 8 mart beynəlxalq qadınlar gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir.
Rekord.az xəbər verir ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır.
Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra yarış cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
9 turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.
Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.