Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, ötən gün mübarizəyə start vermiş Azərbaycan güləşçisi Ruzanna Məmmədova bu gün Avropa ikincisi olub.

57 kq-da mübarizə aparan güləşçimiz qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna bu gün baş tutan həlledici görüşdə macarıstanlı Sofi Ritterə 2:5 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.