Azərbaycanın parapauerliftinqçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya kubokuna yollanıblar.

Rekord.az xəbər verir ki, yarışda ölkəni Pərvin Məmmədov (49 kq) və Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

Qeyd edək ki, martın 7-də başa çatacaq turnir Paris-2024 Yay Paralimpiya Oyunları üçün reytinq xalı qazandırır.