Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.


Rekord.az xəbər verir ki, Məmmədovun komandası 19-cu turda “Yagelloniya”nın qonağı olub.


"Radomyak" bu görüşdə 0:5 hesabıyla uduzub. Millimizin üzvü 90 dəqiqə meydanda olub.


Rahilin komandası 19 turdan sonra 20 xal toplayıb və 12-ci pillədədir.