![photo](https://www.rekord.az/storage/uploads/5/rahil-memmedoveg9l.jpg)
Məmmədovun komandası evdə xal itirdi
- 09 Fev 2025 10:00
- 73
Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Məmmədovun komandası 20-ci turda “Şlask”ı qəbul edib.
"Radomyak" bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Rahilin komandası 20 turdan sonra 21 xal toplayıb və 13-cü pillədədir.