Məmmədyarov Hindistanda 3-cü oldu
- 04 Dek 2022 21:42
- 446
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan iştirakı ilə "Tata Steel İndia" blits turnirində üçüncü yeri tutub.
Rekord.az xəbər verir ki, iştirakçılar yarışın ikinci günündə daha doqquz oyun keçiriblər.
Məmmədyarov görüşlərindən birini qələbə, beşini heç-heçə ilə başa vurub, üç görüşdə isə məğlub olub. Bu nəticə ilə xallarının sayını 9,5-ə çatıran təcrübəli qrossmeysterimiz turniri üçüncü sırada tamamlayıb.
Qalib 12,5 xalla hindistanlı Arcun Eriqaisi olub. Ondan bir xal geri qalan ABŞ təmsilçisi Hikaru Nakamura isə ikinci yeri tutub.
Xatırladaq ki, Məmmədyarov daha əvvəl "Tata Steel İndia"da rapid yarışında qüvvəsini sınayıb və altıncı olub.