Fransanın “Loryan” klubu azad agent statusu daşıyan futbolçu Benjamin Mendini transfer edib.

Rekord.az xəbər verir ki, o, Liqa 1 təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

İyulun 14-də Mendinin zorlama işi ilə bağlı bütün ittihamlardan azad edildiyi haqda xəbər yayılıb. DÇ-2018-də Fransa milli komandasının heyətində dünya çempionu olan futbolçu zorlama və zorlamaya cəhdlə bağlı təqsirli bilinməyib.

“Mançester Siti”nin sabiq üzvü iki il müddətində yaşıl meydanlarda kənarda qalıb.