"Mənə kapitan olacağımı deyəndə, bunun reallıq olmadığını düşündüm"
- 12 Yan 2021 15:31
- 620
“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey komandadakı karyerası ilə bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu kapitan sarğısını daşımasından və kluba sevgisindən danışıb:
“Baş məşqçimiz Ole-Qunnar Sulşer mənə kapitan olacağımı deyəndə, bunun reallıq olmadığını düşündüm. Kluba gələndə beş yaşım vardı və indi 19 il keçib. Bu, mənim üçün böyük qürurdur.
Baş məşqçiyə təşəkkür etməliyəm, amma ona bunu bildirməyin ən yaxşı yolu meydandakı çıxışım və əlimdən gələni etməyimdir. Bu klubu çox sevirəm. Hər gün burda məşq etdiyim, oynadığım üçün xoşbəxtəm”.
“Mançester Yunayted”in yetirməsi olan Maktomineyin klubla müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.